ŞİRKƏT HAQQINDA

«Astara Grain Terminal» Məhdud Məsuliyyətli Cəmiyyəti 23 sentyabr 2016-cı ilə təsis edilmişdir. «Astara Grain Terminal» MMC “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi fraxt agenti olaraq, yerli və beynəlxalq dəmir yolu daşımalarında ixtisaslaşmış aparıcı logistika şirkətidir. Şirkətimiz əsasən taxıl və taxıl məhsulları üzrə müştərilərə yüksək keyfiyyətli və operativ dəmir yolu nəqliyyatı xidmətlərini göstərməklə böyük etibar qazanmışdır. Yüksək ixtisaslı peşəkar komandamız sizin sorğularınıza əsasən daha münasib logistik zəncirləri və tarifləri təqdim edir. «Astara Grain Terminal» MMC müştərilərinə ixtiyarında olan taxıldaşıyan vaqonları təklif edir. Digər ölkələrdə aparıcı logistika şirkətləri ilə qurulmuş işgüzar əlaqələr əsasında vaqonların hərəkəti zamanı yaranmış çətinliklərin dərhal aradan qaldırılması təmin edilir. Komandamızın məqsədi hər bir müştərinin unikal tələblərinə cavab verən qüsursuz dəmir yolu daşıma xidmətlərini təmin etməkdir. Missiyamız müştərilərimizə keyfiyyətli və operativ xidmət göstərmək və regionda nəqliyyat və logistika sahəsində qabaqcıl şirkət olmağımızı qoruyub saxlamaqdır. Keyfiyyət siyasətimiz - Müştərilərimizin gözləntilərinə cavab verən və onları aşan keyfiyyətli, etibarlı və səmərəli xidmət təqdim etmək - Layihələrin vaxtında təhvil verilməsi - Müştəri məmnuniyyətinin qorunub saxlanılması - İşçilərimizin yüksək keyfiyyətli xidmət göstərməsi üçün onların təlim və inkişafına daima sərmayə yatırmaq - Ümumi məqsədlərimizə nail olmaq üçün bütün işçilərimizlə birlikdə çalışaraq keyfiyyət mədəniyyətini təşviq etmək