Vaqon parkı

1
2
3
4

Taxıl növlərinin və digər səpmə yüklərin daşınması üçün nəzərdə tutulan vaqon tipi 1

Hər tərəfdən bağlı vaqon tipi. Qapalı vaqon yükü pis hava şəraitində belə təhlükəsiz, mühafizəli və mexaniki zədələrdən qoruyaraq daşınmasını təmin edən vaqon növüdür. 2

Yüksək bortlu üstü açıq tipli dəmiryolu yük vaqonu qablaşdırılmamış yüklərin (filiz, kömür, flüs, meşə materialları və s.), konteynerlərin, atmosfer təsirlərindən qorunmayan digər yüklərin daşınması üçün nəzərdə tutulub. 3

Atmosfer təsirlərindən qorunmayan uzun ölçülü, ədədlə olan və səpələnən yüklərin və avadanlıqların daşınması üçün açıq tipli yük vaqonu. Bundan başqa, konteyner daşınması üçün də istifadə edilir (yüklərin konteynerlərdə daşınması). 4

Vaqonlar müştərinin istəyi,daşınan məhsulun növü və digər aspektlər nəzərə alınaraq seçilir.Qeyd edək ki,yuxarıda sadalanan tiplərdən başqa vaqon növləri də istək daxilindəsifariş edilə və istifadə edilə bilər.Müştəri məmnunniyəti və yüksək dərəcədə təhlükəsizliyi təmin etmək üçün bizimlə əlaqəyə keçərək ən optimal seçimi öyrənə bilərsiz