07 sen 2023

Qazaxıstan 6 ay müddətinə avtomobil yolu ilə buğda idxalına qadağa qoyub.Bu qərar öz növbəsində buğdanın qiymətinin artmasına və dəmiryolu ilə daşımaya ğz təsirini göstərəcək.

Qazaxıstan 6 ay müddətinə avtomobil yolu ilə buğda idxalına qadağa qoyub. Bununla bağlı ölkənin kənd təsərrüfatı naziri Yerbol Karaşukeyevin müvafiq əmri normativ hüquqi aktlar bankında yer alıb. Qeyd olunub ki, məhdudiyyətə səbəb Qazaxıstanda böyük həcmdə qeyri-qanuni idxal edilən buğdanın qiymətinin aşağı düşməsi olub.b Bir neçə aydır ki, bir ton buğda yarıbayarı ucuzlaşıb. Məlumata görə, 2022-ci ildə Qazaxıstanda 22 milyon ton taxıl yığılıb ki, bu da 2021-ci illə müqayisədə 35 faiz çoxdur. Buğda yığımı isə 38,9% artaraq 16,4 milyon tona çatıb

}