07 sen 2023
2022-ci yanvar-iyun ayları üzrə dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində müsbət artım tendensiyası müşahidə olunub. “Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları əməliyyatları üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım edib. Ən çox artım tranzit daşımalarında (48%) qeydə alınıb. Tranzit rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 2 dəfədən çox (192%), qida məhsullarında 80%, sənaye məhsullarında 2 dəfəyədək artım müşahidə olunub. İxrac rejimi üzrə yanacaq və energetika məhsullarının daşınması 56% azalıb, mineral tikinti materiallarının daşınmasında 94%, kimyəvi məhsulların daşınmasında 77%, kimya sənayesi məhsulları üzrə isə 3 dəfəyədək artım mövcuddur. Daxili daşınmalar üzrə yanacaq və energetika məhsullar üzrə 94%, mineral xammal məmulatları və mineral tikinti materialları daşınmasında 37%, sənaye və metallurgiya məhsulları üzrə isə 2 dəfəyədək artım mövcuddur. İdxal rejimi üzrə ümumi yükdaşıma həcmində kəskin daşınma fərqləri mövcud olmamasına baxmayaraq yanacaq və energetika məhsullarının daşınmasında 4 dəfədən çox artım müşahidə olunub.